📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa qollarını çırmaladı: Əliyevlə Paşinyan görüşür - Dəqiq tarix

2023-05-08 10:11:00

Avropa qollarını çırmaladı: Əliyevlə Paşinyan görüşür - Dəqiq tarix

İlham Əliyev və Nikol Paşinyan mayın 14-də Brüsseldə görüşə bilərlər.

Hurriyyet.az “Financial Times”a istinadla xəbər verir ki,  bu barədə görüşə hazırlıqla bağlı xəbərdar olan diplomatlar məlumat veriblər. 

Bildirilir ki, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən danışıqlara Aİ Şurasının prezidenti Şarl Mişel vasitəçilik edəcək.

Xatırladaq ki, mayın əvvəlindən başlayaraq, 4 gün davam edən Arlinqton (ABŞ) görüşləri nəticəsində tərəflərin “Münasibətlərin Tənzimlənməsi Sazişi”ni imzalayacağı qeyd olunur. 

İddialara görə, Azərbaycan və Ermənistan məlum sazişi iyunun 1-də Moldova keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin ikinci iclasında imzalaya bilərlər. 

yenisabah.az