📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa qorxuya düşdü: Ruslar bu raketi atsa...

2022-02-09 10:22:00

Avropa qorxuya düşdü: Ruslar bu raketi atsa...

Avropanın başı üzərindən Rusiyanın qisas təhlükəsi asılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Forbes” nəşri MiQ-31K təyyarələrinin “Kinjal” (“Xəncər”)ə oxşayan raketlərlə birlikdə Kalininqrad vilayətinə yerləşdirilməsilə bağlı yazıb.

“Əgər bu raketlər Baltikyanıdan buraxılsa, onlar 5-7 dəqiqə ərzində əksər Qərbi Avropa dövlətlərinin paytaxtlarına çata bilər. Nüvə başlığı ilə təchiz olunmuş “Kinjal” Xirosimaya atılan atom bombasından 10 dəfə güclü olacaq”, - məqalədə qeyd olunub.

Qeyd edək ki, X-47 “Kinjal” raketi 2 min kilometr məsafədəki bütün hədəfləri məhv etmək gücündədir.