📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Rusiyanın dondurulmuş vəsaitlərindən ildə 3 milyard avro gəlir götürməyi planlaşdırır

2023-06-30 13:22:00

Avropa Rusiyanın dondurulmuş vəsaitlərindən ildə 3 milyard avro gəlir götürməyi planlaşdırır

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş vəsaitlərindən ildə 3 milyard avro qazanmağı və həmin vəsaiti Ukrayna üçün sərf eləməyi planlaşdırır.

Bu barədə açıqlamanı Belçikanın Baş naziri Aleksandr de Kroo Avropa İttifaqının Brüsseldə keçirilən sammitinin ilk günündə verib.

Aleksandr de Kroo deyib: “Belçika bu məsələyə yaxından cəlb olunub. Çünki vəsaitlərin 90 faizi burada dondurulub. Hədəfimiz olduqca yüksək gəlir əldə eləməkdir. Biz deyirik ki, ildə 3 milyard avro məbləğində gəlir əldə edilə bilər. Bu pulların əldə edilməsi metodu hüquqi cəhətdən sabit olmalıdır”.

Avropa İttifaqı ölkələrinin liderləri hər bir sammitdi Ukraynanın münaqişədən sonra dirçəldilməsi üçün RF-nin dondurulmuş vəsaitlərindən istifadə edilməsinin mümkünlüyünü müzakirə edirlər, lakin bunun üçün hüquqi baza tapa bilmirlər. Həmçinin, necə hərəkət etmək məsələlərində fikir ayrılığı yaranır.

Hürr Tərcüman