📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa səması Lavrovun üzünə bağlandı

2022-06-06 14:17:00

Avropa səması Lavrovun üzünə bağlandı

Hurriyyet.az xəbər verir ki, Serbiya ilə qonşu ölkələr Sergey Lavrovun təyyarəsinə öz ölkələri üzərindən uçmağı qadağan elədikləri üçün Rusiyanın Xarici İşlər naziri Serbiyaya səfərini təxirə salıb.

Rusiyanın Federasiya Şurasında Bolqarıstan, Çernoqoriya və Şimali Makedoniyanın bu addımına sərt cavab vermək təklif edilib.

Lavrovun Serbiya səfəri 6-7 iyun tarixlərinə planlaşdırılmışdı. RF XİN mətbuat nümayəndəsi Mariya Zaxarova səfərlə bağlı açıqlamasında deyib: “Rusiyanın nümayəndə heyəti danışıqlar üçün Belqrada getməli idi. Lakin Aİ və NATO-dan olan qonşu ölkələr öz hava məkanlarını bağladılar”.

Hürr Tərcüman