📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb

2022-03-17 20:36:00

Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatında oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.

Bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Təşkilat Belarusun bütün iclas və tədbirlərdə iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da aiddir”, - kommünikedə deyilir.

Avropa Şurası Nazirlər Komitəsi, həmçinin Minsklə istənilən texniki əməkdaşlığı dayandırmaq niyyətindədir.

Mənbə: Report