"Avropa Şurasında çox mənasız müzakirələr gedir" - NATİQ CƏFƏRLİ
"Görünən odur ki, Qarabağ problemi adlı məsələ "öldü", sadəcə bunlar "mərhumun" son yas məclisinə yığışıb ürəklərini boşaldırlar"
"Avropa Şurasında "Joint hearing on the humanitarian situation in Nagorno Karabakh and the obligations of Azerbaijan" adlı dinləmələr keçirilir. Ekspert kimi də Ruben Vardanyanın dostu, tərəfi bəlli, erməni lobbisinin pullu işçisi Thomas de Waalı dəvət ediblər. Açığı, çox mənasız müzakirələr gedir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, görünən odur ki, Qarabağ problemi adlı məsələ "öldü", sadəcə bunlar "mərhumun" son yas məclisinə yığışıb ürəklərini boşaldırlar: "Azərbaycan parlamentində və AŞPA-da REAL Partiyasının nümayəndəsi Erkin Qədirli çox gözəl çıxış etdi. Yeri gəlmişkən, Azərbaycan təmsilçilərinin demək olar ki, hamısı yaxşı, arqumentli çıxışlar etdilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az