📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Tramp-Zelenski görüşündən müsbət nəticələr gözləyir

2025-12-27 10:25:08

Avropa Tramp-Zelenski görüşündən müsbət nəticələr gözləyir

"Avropa ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında növbəti görüşün sülhün yaxınlaşmasına kömək edəcəyinə ümidlidir".

Hurriyyet.azxəbər verir ki, bu barədə CNN adının çəkilməsini istəməyən Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, avropalılar ABŞ və Ukrayna arasındakı münasibətlərin hazırkı dinamikasını məhsuldar hesab etdikləri üçün müsbət nəticəli görüş gözləyirlər.

Telekanal xəbər verib ki, Trampla görüşündən əvvəl Zelenski mövqelərini razılaşdırmaq üçün NATO rəsmiləri, eləcə də Kanada, Almaniya, Finlandiya, Danimarka və Estoniya liderləri ilə görüşüb.

Ağ Ev Trampın Zelenski ilə bazar günü yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə bazar ertəsi saat 00:00 - red.) Florida ştatının Palm-Biç şəhərində görüşəcəyini təsdiqləyib.

Oxu.az