📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Ukraynaya ordu göndərməyə hazırlaşır

2025-02-26 13:19:26

Avropa Ukraynaya ordu göndərməyə hazırlaşır

Hurriyyet.az xəbər verir ki, Fransa, Almaniya və Böyük Britaniya atəşkəsin təmin edilməsi üçün Ukraynaya ordu göndərməyə hazır olduqlarını, lakin bunun üçün ABŞ-ın dəstəyinə ehtiyacı olduqlarını bildiriblər. 
Bu barədə açıqlamanı Fransanın maliyyə nazirliyi Erik Lombar "Bloomberg TV" kanalına müsahibəsində verib.
"Əgər biz atəşkəs rejiminə riayət edildiyini istəyiriksə, bizə ABŞ dəstəyi lazımdır".
"The Wall Street Journal" nəşrinin yazdığına görə, Vaşinqton Ukraynaya yollana biləcək avropalı sülhməramlılara hərbi təminat verməyi planlaşdırmır.
Hürr Tərcüman