📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropada 2035-ci ildən sonra hansı avtomobillərin satışı qadağan olundu?

2023-02-14 23:06:00

Avropada 2035-ci ildən sonra hansı avtomobillərin satışı qadağan olundu?

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, 2035-ci ildən Avropada daxili yanma mühərrikləri ilə işləyən yeni avtomobillərin satışı qadağan ediləcək.

Avropa Parlamenti bu gün keçirilən iclasında Avropa Komissiyasının 2035-ci ildən etibarən Avropa İttifaqı ərazisində daxili yanma mühərrikləri və benzin və dizel yanacağı ilə işləyən minik avtomobillərinin satışının qadağan edilməsi barədə təklifini təsdiq edib. Həmin ildən satışa buraxılacaq avtomobillərin ətraf mühitə zərərli tullantıları sıfıra bərabər olmalıdır.

Xatırladaq ki, 2022-ci ilin avqustunda ABŞ-da ilk dəfə olaraq, Kaliforniya ştatında 2035-ci ildən sonra benzinlə işləyən yeni avtomobillərin satışına qadağa qoyulması qərara alınmışdı.

Hürr Tərcüman