Avropada ən çox qələbə qazananlar - “Sabah” lider, “Qarabağ” 3-cüdür
2026-08-14 16:22:58
Cari mövsüm Avrokubokların təsnifat mərhələsində ən çox qələbə qazanan klubların adları açıqlanıb.
Hurriyyet.Media xəbər verir ki, siyahıya “Sabah” başçılıq edir.
Çempionlar Liqasında mübarizə aparan Valdas Dambrauskasın komandası keçirdiyi 6 görüşün 5-də qələbə qazanmaqla liderliyə sahibdir.
Digər təmsilçimiz “Qarabağ” isə 3-cü pillədə qərarlaşan komandaların siyasında yer alıb. Qurban Qurbanovun yetirmələri 3 qələbə ilə bu siyahıya düşüblər.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva), “Qarabağ” isə Niderlandın “Tvente” komandası ilə üz-üzə gələcək.
