Avropada iflas edən Lavrov Afrikada səfirliklər açır
2023-07-26 12:12:00
Hurriyyet.az xəbər verir ki, Rusiya-Afrika Əməkdaşlıq Forumunun katibliyinin rəhbəri Oleq Ozerov Rusiya mətbuatına açıqlamasında Rusiyanın Afrikanın demək olar, bütün ölkələrində səfirliklər açmağı planlaşdırdığını və bunun üçün müəyyən qədər zaman tələb olunduğunu bildirib.
Ozerov müvafiq qərarın hazırlandığını və qəbul ediləcəyini gözlədiyini xəbər verib.
Diplomat 1990-cı ildə Rusiyanın Afrikadakı diplomatik missiyalarının bağlanması qərarının “çox da ağıllı qərar” olmadığını deyib. O, vəziyyətin bərpa olunmasının zaman tələb elədiyini və uzunmüddətli proses olacağını söyləyib.
Hürr Tərcüman