Avropada küləyin güclənməsi qazı ucuzlaşdırıb
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Avropada əsən yellərin güclənməsi nəticəsində külək elektrik stansiyalarının enerji istehsalında yaranan artım təbii qazın qiymətinin ucuzlaşmasına səbəb olub. Oktyabrın 3-də külək enerjisinin istehsalı oktyabrın 2-si ilə müqayisədə iki dəfədən də çox artıb və regionun elektrik enerjisinə gündəlik tələbatının dörddə birini ödəyib. Həmin gün Almaniya ilə Danimarka özünün enerji tələbatının 70%-dən çoxunu külək enerjisi ilə ödəyib.
Həftənin sonunda regionda küləyin çox güclü olacağı və müvafiq olaraq, bərpa edilən mənbələrdən enerji istehsalının xeyli artacağı gözlənilir. Payızın gəlişi ilə enerjiyə tələbat artsa da, küləyin güclənməsi Avropada bu tələbatı ödəməyə yardım edir.
Hürr Tərcüman