Avropada qaz qəfil bahalaşdı
2022-02-23 22:52:00
Avropada təbii qazın 1 000 kubmetrinin qiyməti 12,7% artaraq yanvar ayının sonundan bəri ilk dəfə 1 000 ABŞ dollarını keçib.
Bu barədə Hurriyyet.az Londonun ICE birjasına istinadən xəbər verir.
Avropanın ən likvid habı olan TTF (Niderland) indeksi üzrə qazın mart fyuçerslərinin qiyməti 1 050 ABŞ dolları səviyyəsinə yüksəlib.
Daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok baş verənlərin fonunda “Şimal axını 2” layihəsinin dondurulduğunu bildirib.