Avropada yəhudi əmlaklarına hücumlar davam edir
2024-05-17 11:25:47
Avropada yəhudi əmlaklarına hücumlar davam edir. Belə ki, Fransanın şimal-qərbindəki Ruan şəhərində sinaqoqu yandırmağa cəhd edən silahlı şəxs zərərsizləşdirilib. Bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Dermanen məlumat verib.
Bundan əlavə, İsveçin paytaxtı Stokholmda polis İsrail səfirliyi yaxınlığında atəş açan bir neçə nəfəri saxlayıb. Faktla bağlı araşdırma aparılır. Hadisə ilə İsrail diplomatik missiyası arasında əlaqənin olub-olmadığı hələlik məlum deyil.

Ülviyyə, Hurriyyet.az