📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropanı sel aparır – Belçikada 12, Almaniyada 93 nəfər həlak olub

2021-07-16 13:32:00

Avropanı sel aparır – Belçikada 12, Almaniyada 93 nəfər həlak olub

Hurriyyet.org xəbər verir ki, Belçikada baş vermiş güclü daşqınlar nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. İlkin məlimatda altı nəfərin selə qurban getdiyi bildirilmişdi. Son açıqlamada isə 12 nəfərin Belçikanın Valloniya regionunda dünyasını dəyişdiyi bildirilir. Daha 5 nəfərin itkin düşdüyü xəbər verilir. 20 min nəfərdən artıq adamelektrik enerjisindən məhrum olub. Yolları su basıb, dəmiryolu nəqliyyatının işində durğunluq yaranıb. Sel avtomobilləri götürüb aparır. Daşqınların nəticələrini ləğv eləmək üçün ölkənin on vilayətindən dördündə hərbçilər yerləşdirilib. Onlar həm də əhalinin köçürülməsinə kömək edirlər.

Sellər və daşqınlar Lüksemburq ilə Niderlandın bəzi rayonlarında da baş verib.

Bəlli olduğu kimi, Almaniyada da sel nəticəsində dağıntılar və tələfat olub. Ən son məlumata görə, Almaniyada 93 nəfər sel nəticəsində həlak olub.