📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropanın nəhəng İT holdinqi- "Asseco Group" Ermənistanda ofis açır

2022-06-22 14:47:00

Avropanın nəhəng İT holdinqi-

Avropanın ən böyük İT holdinqlərindən birinin - Aİ-Asiya Biznes Maliyyə Mərkəzinin bir hissəsi olan "Asseco Group" Ermənistanda ofis açır.
"ARKA" telekommunikasiya portalı xəbər verir ki, "Asseco" Ermənistanın maliyyə sektorunda bir sıra mühüm dəyişikliklər etmək, böyük investisiyalar yatırmaq niyyətindədir.
Məlumata görə, bu şirkət uzun müddətdir ki, Ermənistan bazarı ilə işləyir, lakin ofis açmaq qərarı yalnız indi verilib.
"Asseco Qrup"a müxtəlif ölkələrdə yerləşən 60-dan çox şirkət daxildir. Şirkət bütün dünyada telekommunikasiya, tibb, enerji, sənaye və s. sahələrdə İT həllərin avtomatlaşdırılması və inkişafı ilə məşğuldur.

Ülviyyə, Hurriyyet.az