📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropaya çatmaq arzusu faciə ilə bitdi

2026-08-08 10:33:11

Avropaya çatmaq arzusu faciə ilə bitdi

Mərakeşdən Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya paraşütlə keçməyə çalışan gənc miqrant dənizə düşərək həyatını itirib.

Hurriyyet.Media xəbər verir ki, bu  barədə İspaniyanın EFE xəbər agentliyi mülki mühafizə mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Səhraaltı Afrikadan olan gənc qeyri-qanuni miqrant Mərakeşdən Seutaya paraşütlə çatmağa cəhd edib.

Miqrant keçid zamanı paraşütün idarəetməsini itirib və dənizə düşüb. Hadisədən sonra xilasetmə və axtarış qrupları əraziyə cəlb olunub.

Axtarışlar nəticəsində miqrantın cansız bədəni dənizdən çıxarılıb.