📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avroviziyanın ukraynalı qalibləri mükafatı satdılar

2022-05-30 11:45:00

Avroviziyanın ukraynalı qalibləri mükafatı satdılar

Ukrayna ordusu üçün dron alacaqlar

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukraynanın “Kaluş Okkestra” musiqi qrupu 2022-ci il Avroviziya mahnı müsabiqəsində qalib olaraq qazandığı büllur mikrafonu xeyriyyə hərracında 900 min dollara satıb. Əldə olunan vəsaitlə Ukrayna ordusu üçün PD-2 dronları alınacaq.

Musiqi kollektivi “İnstaram” şəbəkəsində bu barədə məlumat verib. Açıqlamada deyilir: “Biz bu hərracda vəsait xərcləyənlərin hər birinə minnətdarıq. Xüsusilə də 900 min dollar ödəyərək kuboki almış və bu andan etibarən kubokumuzun hüquqi sahibinə çevrilmiş “Vayt Bit” komandasına təşəkkürümüzü bildiririk”.

Hürr Tərcüman