Avstraliya qətlə yetirilmiş Mosul sakinlərinə görə kompensasiya ödəməkdən imtina edib
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Avstraliya İraqın Mosul şəhərinin qətlə yetirilmiş sakinlərinə görə kompensasiya ödəməkdən imtina edib.
2017-ci ildə Avstraliyanın Hava Qüvvələrinin İraqda İŞİD terrorçularına aviazərbələr endirilməsi nəticəsində onlarla dinc sakin həlak olmuşdu.
Britanyanın “Qardian” nəşrinin yazdığına görə, Avstraliya 2017-ci ildə Beynəlxalq Koalisiyanın aviazərbələri nəticəsində dünyasını dəyişmiş Mosul şəhəri sakinlərinə kompensasiya ödəməkdən imtina edib.
Yazıda qeyd edilir ki, Avstraliya HHQ İraqın o zaman İŞİD terrorçularının əlində olan Mosul şəhərindəki bombardmanmanlarda fəal iştirak edib.
Ötən il İraq sakini Avstraliyanın Maliyyə Nazirliyinə kompensasiya üçün müracət edərək, 35 nəfər doğma və yaxın adamının, o cümlədən 14 uşaq və 9 qadının 2017-ci il iyunun 13-də Mosula aviazərbələr nəticəsində həlak olduqlarını bildirib.
Avstraliya hakimiyyəti bildirib ki, kompensasiya üçün müraciət 2021-ci ilin dekabrında rədd edilib.
Həmin şəxsin vəkili martın 29-da qərara yenidən baxılması tələbi ilə çıxış edib.
Avstraliyanın Müdafiə Nazirliyinin 2019-cu ilin fevralında verdiyi bəyanatda deyilir ki, 2017-ci il iyunun 13-də Mosula aviazərbələr endirilib. Bəyanatda doqquz nəfərdən tutmuş on səkkiz nəfərə qədər dinc sakinin aviazərbələrin qurbanına çevrildiyi etiraf edilir.
Hürr Tərcüman