📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avstraliyada HƏYƏCAN - F-35 bazası üzərində NAMƏLUM DRONLAR

2026-08-13 13:42:27

Avstraliyada HƏYƏCAN - F-35 bazası üzərində NAMƏLUM DRONLAR

Avstraliyada strateji əhəmiyyətli hərbi hava bazası üzərində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb.

Hurriyyet.Media  xəbər verir ki, bazada F-35A qırıcıları və E-7A "Wedgetail" tipli uzaqdan aşkarlama və idarəetmə təyyarələri yerləşir.

Dronlar məhv edilməyib.

İnsidentdən sonra baza komandirləri personal üçün "pəncərələrdəki jalüzləri bağlayın" əmrini verib. Məqsəd mümkün məlumat sızmasının qarşısını almaq olub.

Hərbçilər dronları kimin və hansı məqsədlə uçuşu qadağan olunmuş zonaya qaldırdığını bilmir. Yerli polis hadisə ilə bağlı araşdırmaya başlayıb.