📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avstraliyadan Rusiya ilə Belarusa yeni sanksiyalar gəldi

2022-05-18 12:18:00

Avstraliyadan Rusiya ilə Belarusa yeni sanksiyalar gəldi

Avstraliya hökuməti Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsin haqq qazandırmağa çalışan rusiyalı təbliğatçılara və dezinformasiya yayanlara, habelə bu qanunsuz işğalı dəstəkləyən siyasətçilərə və təhlükəsizlik rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə məlumat Avstraliya XİN-nin saytında dərc olunub.
“2022-ci ilin mart ayında 32 təbliğatçıya qarşı görülən tədbirlərə əsasən, Rusiya təbliğatına və dezinformasiyaya şərait yaratdıqlarına görə 11 şəxsə və 12 təşkilata sanksiya tətbiq etdik. Onların arasında Rusiya hökumətinin yalançı hekayələrini dəstəkləyən Rusiya media sferasının nümayəndələri də var. Avstraliya həmçinin onlayn dezinformasiya təşkil edən və yayan təşkilatlara, o cümlədən "trol fabrikləri"nə maliyyə sanksiyaları tətbiq edir, onların əksəriyyəti Rusiya kəşfiyyat xidmətinə bağlıdır.
Onların sözlərinə görə, sanksiyalar siyahısına düşən qurumlar və şəxslər arasında Rusiya prezidenti Putinin faktiki şəxsi ordusu olan özəl muzdlu hərbi şirkət “Vaqner” də var.
O da bildirilir ki, hərbi texnika istehsal edən iki Belarus şirkəti sanksiyalara məruz qalıb. Məlumatlara görə, sanksiyaya Rusiya Federasiyasının fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyan, Rusiya FTX-nin direktorunun birinci müavini Sergey Korolev, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanovski, Ukrayna parlamentinin rusyönmülü keçmiş deputatı İlya Kiva da daxil edilib.
Məlumat üçün bildirək ki, Rusiyanın Ukraynanı işğal etməsinə cavab olaraq Avstraliya ümumilikdə 827 fiziki şəxs və 62 quruma qarşı sanksiya tətbiq edib.

Ülviyyə, Hurriyyet.az