📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avstraliyanın Baş naziri vətəndaşlarını Ukraynanı təcili tərk eləməyə çağırdı

2022-02-07 16:30:00

Avstraliyanın Baş naziri vətəndaşlarını Ukraynanı təcili tərk eləməyə çağırdı

Hurriyyet.az Rusiyanın “Sputnik” radiosuna istinadla xəbər verir ki, Avstraliyanın Baş naziri Skott Morrison ölkəsinin vətəndaşlarını təcili şəkildə Ukraynanı tərk eləməyə çağırıb. Morrison öz müraciətində deyib: “Ukraynada olan bütün avstraliyalılarla əlaqə saxlamağa çlışmışıq... son bir neçə həftə ərzində çox aydın şəkildə demişik – indi getmək vaxtıdır. Bir daha bu çağırışımızı təkrar edirik”.

Morrisonun sözlərinə görə, Ukraynada yaşayan avstraliyalıların əksəriyyəti ikili vətəndaşlığa malikdirlər.

Bəlli olduğu kimi, son dövrdə bir sıra Qərb ölkələri Rusiyanı Ukraynaya ilə müharibəyə hazırlaşmaqda ittiham edilər. Moskva isə bu ittihamları rədd edir. Bununla bərabər, Rusiya öz qüvvələrini Ukrayna sərhədinə, NATO isə hərbçilərini Şərqi Avropa ölkələrinə cəmləməyə davam edir.

Hürr Tərcüman