📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avstriya ilə Ermənistanın hərbi əməkdaşlıq perspektivləri müzakirə edilib

2024-07-10 13:00:47

Avstriya ilə Ermənistanın hərbi əməkdaşlıq perspektivləri müzakirə edilib

Hurriyyet.az xəbər verir ki, iyulun 10-da Ermənistanın müdafiə naziri Suren Papikyan Avstriya Respublikasının federal müdafiə nazirinin baş katibi, nazirliyin müdafiə siyasətinin direktoru doktor Arnold Kammeli qəbul edib. Görüşdə Avstriyanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Mülman da iştirak edib. Ermənistan ilə Avstriya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Suren Papikyan Ermənistanda keçirilən müdafiə islahatlarının gedişatından və bu kontekstdə beynəlxalq əməkdaşlıqdan bəhs edib. 
Hürr Tərcüman