Avstriyada peyvənd edilməyənlər karantində qalacaq
Hurriyyet.az xəbər verir ki, Avstriyada Kovid-19 peyvəndi etdirməyənlərə qarşı qadağan tərbirləri görüləcək. Ölkədə bu gündən etibarən yaşı 12-dən çox olan və peyvənd edilməmiş şəxslərin küçəyə çıxması məhdudlaşdırılacaq. Məhdudlaşdırmanın təqribən 2 milyon nəfəri əhatə edəcəyi gözlənilir.
Avstriyanın kanleri Aleksander Şallenberq deyib: “Bu qərarı vermək bizə asan olmadı”. Məhdudlaşdırma tətbiq edilən adamlara yalnız ərzaq mağazaları ilə apteklərə getməyə icazə veriləcək. Hakimiyyət peyvənd edilməmiş adamlara idmanla məşğul olmaq üçün və səhiyyə xidmətlərindən istifadə eləmək üçün evdən çıxmağa icazə verir. 10 gün keçəndən sonra karantinin davam etməsinin lazım olub-olmadığı barəsində qərar veriləcək.
10 milyon əhalisi olan Avstriyada son günlərdə 13 mindən artıq yeni yoluxma hadisəsi qeydə alınıb. Bu, pandemiya başlanandan bəri, ölkədə ən yüksək göstəricidir. Avstraiya əhalisinin 65%-ə yaxını tam vaksiyansiya olunub. Peyvənd olunanlara qarşı məhdudiyyət tətbiq edilməyəcək.
Pandemiya başlanandan indiyə qədər Avstriyada 959 652 yoluxma, 11 706 ölüm halı qeydə alınıb.
Hürr Tərcüman