AVTİB-in sədr müavini hakim partiyanın təşkil etdiyi konfransa qatıldı – KONFRANS 31 MART SOYQIRIM GÜNÜNƏ HƏSR OLUNUB / Fotolar
Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) İdarə Heyətinin üzvü və sədr müavini Mövlud İşık hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən elmi-praktiki konfransda iştirak edib.
Hurriyyet.az xəbər verir ki, YAP-ın təşkil etdiyi 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş "Soyqırım: Ümumbəşəri Cinayətlər Kontekstindən Yeni Baxış" adlı elmi-praktik konfransda Azərbaycanda yaşayan dini icma və azsaylı xalqların nümayəndələri ilə yanaşı, ATVİB-in sədr müavini Mövlud İşık da iştirak edib.
Əldə etdiyimiz məlumata əsasən, toplantıda Axısxa Türklərinin “Vətən” İctimai Birliyini təmsil edən Mövlud İşık Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə elmi-praktik konfransa qatılıb.
“ATVİB olaraq 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı faciə qurbanlarını rəhmətlə anırıq”, - deyə M.İşıq bildirib.


Hurriyyet.az