📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avtobus yolda yaranan çuxura düşdü - Video

2026-10-03 15:15:29

Avtobus yolda yaranan çuxura düşdü - Video

Abşeron rayonunun Xırdalan şəhərində sərnişin avtobusu yolda yaranan çuxura düşüb.

Hurriyyet.net Oxu.az-a istinadən xəbər verir ki, axşamdan yağış nəticəsində yolun kənarı çöküb və nəticədə 135 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu ərazidə yaranan çuxura düşüb.

Görüntülərdən də avtobusun yolun çökmüş hissəsində hərəkətsiz qaldığı görünür.