📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avtobusun altında qalan şəxsin kimliyi bilindi

2023-02-22 10:10:00

Avtobusun altında qalan şəxsin kimliyi bilindi

Dünən Səbail rayonu ərazisində marşrut avtobusunun vurub öldürdüyü şəxsin kimliyi müəyyənləşib.

Hurriyyet.az xəbər verir ki, saat 05:45 radələrində Salyan şossesi 15-in qarşısında A.Ayvazovun idarə etdiyi "BakuBus" MMC-yə məxsus 99 JK 440 nömrə nişanlı avtobusla vurub öldürdüyü şəxsin Sumqayıt şəhər sakini, 1955-ci il təvəllüdlü Qayıbov Qüdrət İdris oğlu olması müəyyənləşib.

Aparılmış ilkin araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib. Sürücünün sərxoş olmadığı və sürücülük vəsiqəsinin olması müəyyən edilib.

Faktla bağlı Səbail RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.