📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avtomobili təhlükəli surətlə idarə edən sürücü saxlanıldı

2026-03-21 18:52:13

Avtomobili təhlükəli surətlə idarə edən sürücü saxlanıldı

Magistral yolda sürət həddini kəskin şəkildə artıran sürücü saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

"Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 20 FH 795 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobili yüksək sürətlə idarə edən sürücü, 37 yaşlı Elçin Allahverdiyev saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib, sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür", - məlumatda vurğulanıb.