📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Avtomobilimi vurub, məni günahkar bilir" - VİDEO

2026-09-23 17:55:25

Aparıcı Fira Cəlilovanın başına iş gəlib.

Hurriyyet.media  xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Fira Cəlilova qeyd edib ki, baş yolda gedərkən parkinqdən çıxan avtomobil onun avtomobilinə dəyib. Aparıcının sözlərinə görə, sürücü hadisədə onu günahkar bilib və "qadınlar avtomobil idarə edə bilmir" deyib.

"Asudə vaxtlarınızda yol hərəkəti qaydaları və sürücülərin vəzifələri ilə bağlı qanunvericiliyi oxuyaraq hüquqi biliklərinizi artıra bilərsiniz", - deyə Fira qeyd edib.