📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avtomobillə 10 yaşlı uşağı vuraraq öldürdü

2026-03-07 21:01:44

Avtomobillə 10 yaşlı uşağı vuraraq öldürdü

Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Modern.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Chevrolet" markalı avtomobil yolu keçən kənd sakini, 2016-cı il təvəllüdlü A.A-nı vurub.

Oğlan uşağı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.