📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avtomobillərdən oğurluq edən şəxs saxlanıldı

2026-02-07 14:30:11

Avtomobillərdən oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda naməlum şəxs “Mercedes” markalı avtomobilin şüşəsini sındıraraq avtomobilin salonunda olan 800 manatı talayıb.

Bu barədə Telefraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən,əvvəllər məhkum olunmuş 38 yaşlı A.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun elə həmin gün rayon ərazisində “Hyundai” markalı digər avtomobildən də eyni üsulla oğurluq edərək ərazidən uzaqlaşdığı məlum olub.

Araşdırmalar davam etdirilir.