📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AXCP-də qurultay hazırlığı başladı: Sədrliyə yeni namizədlər olacaq?

2023-04-03 15:04:00

AXCP-də qurultay hazırlığı başladı: Sədrliyə yeni namizədlər olacaq?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. 

Hurriyyet.az xəbər verir ski, bu barədə qaynarinfo-ya partiya sədrinin müşaviri Məmməd İbrahim məlumat verib. O bildirib ki, müraciətdə məqsəd partiyanın növbəti qurultayının keçirilməsi üçün məkan ayrılmasıdır:

"Qurultayın vaxtının təyin edilməsi BŞİH-ə edilən müraciətin cavabından asılıdır. Müraciətə cavab verib, yer ayrırsalar, qurultay bu ay ola bilər”. 

Təşkilatın ali forumunda sədr seçkisi də keçiriləcək. AXCP-in sədr müavini Seymur Həzi isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, partiya üzvlərindən kim istəsə, sədrliyə namizədliyini irəli sürə bilər.