📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi - VİDEO

2022-05-16 11:30:00

Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi - VİDEO

Axtarışa verildiyi deyilən müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib.

Hurriyyet.az xəbər verir ki, o, öz “Instagram” hesabında hava limanından paylaşım edib.

Belə ki, müğənni sosial şəbəkədə bunları yazıb:

“Mən həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir".

Ötən gün isə sosial şəbəkə hesabında “İşlərimlə bağlı Rusiyaya getməliyəm. Axtarışda olan adam xaricə gedə bilər?”, - deyə müğənni izləyicilərinə sual ünvanlamışdı.

Xatırladaq ki, Xalq artisti, tanınmış sənətçi Flora Kərimova ilə arasında olan məhkəməyə dəfələrlə gəlməyən müğənni bir neçə gün əvvəl axtarışa verildiyi qeyd olunub.