📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Axtarışda olan azərbaycanlı Ukraynada saxlanıldı

2023-08-25 15:08:39

Axtarışda olan azərbaycanlı Ukraynada saxlanıldı

Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada saxlanılıb.

Bu barədə Hurriyyet.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycanın vətəndaşı Xəyal Səxavət oğlu Nəsirovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Xəyal Nəsirovun öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan yayındığına görə beynəlxalq axtarışa verilib.

Avqustun 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Xəyal Nəsirov Ukraynadan ölkəmizə gətirilib./axar.az/