📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Axtarışda olan şəxs tapıldığı gün polis bölməsində öldü

2021-08-21 10:13:00

Axtarışda olan şəxs tapıldığı gün polis bölməsində öldü

Bakıda saxlanılan şəxs polis bölməsində ölüb.

HURRİYYET.az bildirir ki, Səbail Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan Ərzi Bəhruz oğlu Fərəcov avqustun 20-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yeri müəyyən edilərək saxlanılıb: "Həmin şəxs saat 21 radələrində 8-ci Polis Bölməsinə gətirilib. Gecə saat 04 radələrində halı pisləşdiyi üçün polis bölməsinə təcili yardım çağırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Ərzi Fərəcov ölüb. Həkimlərin rəyinə görə, o, ürəktutmadan vəfat edib".

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.