📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

2026-03-29 14:29:34

“Ay Allah. İçərişəhərdə parklanma lap

Şairə Nazilə Səfərli İçərişəhər qoruğunda parklanma üçün ödədiyi məbləği sosial şəbəkədə paylaşıb.

Milli.Az xəbər verir ki, o, avtomobilini həmin ərazidə 7 saat 18 dəqiqə saxladığı üçün 38 manat pul ödədiyini bildirib.

"7 saat 18 dəqiqə İçərişəhərdə olmuşam, parklanma üçün 38 manat yazıb. Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir".

Qeyd edək ki, İçərişəhər qoruğunda parklanma ilk 15 dəqiqə üçün 3 AZN, sonrakı hər saat üçün 5 AZN təşkil edir.