📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ay tutulması başladı

2021-11-19 12:46:00

Ay tutulması başladı

İlin sonuncu Ay tutulması başlayıb.

Hurriyyet.az xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtilə saat 11:18:41-də başlayıb və 14:47:04-ə qədər davam edəcək. 3 saat 28 dəqiqə 23 saniyə çəkəcək tutulmanın pik həddi saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyadan görünəcək. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə Azərbaycanda görünməyəcək.

NASA bu hadisənin son 580 ilin ən uzun Ay tutulması olduğunu açıqlayıb.