📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ayasofiyaya giriş xarici turistlər üçün pullu olacaq

2024-01-13 00:08:51

Ayasofiyaya giriş xarici turistlər üçün pullu olacaq

Türkiyənin İstanbul şəhərində xarici turistlər üçün Ayasofiyaya giriş pullu olacaq.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ayasofiyanı ziyarət etmək istəyən xarici turistlərin ödəyəcəyi rüsum 25 avro (46,51 manat) olacaq.

Qeyd edək ki, qanun yanvarın 15-dən qüvvəyə minəcək.