📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ AÇIQLANDI

2024-02-24 10:44:44

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ AÇIQLANDI

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ açıqlanıb.

Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Həşimov saxlanılıb.

O, şəhid ailələrinə, qazilərə və fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20 100 manat ziyan vurub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.