📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aydın İmrani vəfat etdi

2025-02-25 01:28:33

Aydın İmrani vəfat etdi

"Azərbaycanfilm”in sabiq direktor müavini, kinoprodüser Aydın İmrani vəfat edib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə "Azərbaycanfilm” məlumat yayıb.

Qeyd edək ki, A. İmrani 1979-cu ildən "Azərbaycanfilm” kinostudiyasında inzibatçı, film direktoru, kinostudiyanın direktor müavini vəzifələrində çalışıb.

O, "Evlənmək istəyirəm”, "Cin mikrorayonda”, "Özgə ömür”, "Lətifə” və bir sıra məşhur filmlərin direktoru olub.