📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ayfon” almaq üçün oğlunu satan ana həbs edildi, atası isə...

2023-07-29 09:49:00

“Ayfon” almaq üçün oğlunu satan ana həbs edildi, atası isə...

Hurriyyet.az xəbər verir ki, Hindistan polisi öz səkkiz aylıq oğlunu satmaqda ittiham edilən qadını həbs edib. Qadınla əri “Ayfon 14” (iPhone 14) markalı telefon almaq və “İnstaqram” şəbəkəsində videolar çəkmək üçün bu addımı atıblar. Bu barədə “DailyO” portalı məlumat yayıb.

Sati ilə Ceydev səfillik içərisində yaşayıblar və sosial şəbəkələrin aludəçisi olublar. Bir gün onların qonşuları ərlə arvadın oğlunun yoxa çıxdığını seziblər. Bunun ailədə “Ayfon” smartfonunun peyda olması ilə üst-üstə düşməsi şübhə doğurub. Qonşular polisə müraciət ediblər. Ana telefon almaq, ştat boyunca səyahət eləmək və öz “İnstaqram” səhifəsinə kontent yaratmaq üçün övladını satdığını etiraf edib. Ərlə arvadın öz 7 yaşlı qızını da satmağı planlaşdırdıqları aşkara çıxıb.

Hüquq-mühafizə orqanları 8 aylıq Priyanka Qxoşu alan qadını saxlayıblar. Uşağın alqı-satqısında iştirak edən atası isə hazırda axtarışdadır.

Hürr Tərcüman