📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aygün Bəylər vəfat etdi

2024-01-06 21:08:18

Aygün Bəylər vəfat etdi

Əməkdar artist Aygün Bəylər vəfat edib. 

Hurriyyet.az xəbər verir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Xəbəri Axşam.az-a onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib. 

"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər" deyə, aktyor əlavə edib. 

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.