📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aygün Bəylər xəstəxanaya yerləşdirilib - FOTO

2023-10-25 22:08:18

Aygün Bəylər xəstəxanaya yerləşdirilib - FOTO

Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib. 

Hurriyyet.az xəbər verir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, hazırda xəstəxanada olan xanəndə ilə fotosunu yayımlayaraq, “Tez sağalın, əvəzsiz sənətkar” şərhini yazıb. 

A.Bəylərin prodüseri Axşam.az-a açıqlamasında muğam ifaçısının səhhətinin yaxşı olduğunu bildirib. O əlavə edib ki, A.Bəylər bəzi dərmanların qəbulu üçün xəstəxanaya gedib. 

Qeyd edək ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanıb. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib.