📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aygün Bəylərin vəziyyəti necədir?

2023-01-27 00:35:00

Aygün Bəylərin vəziyyəti necədir?

Hurriyyet.Az xəbər verir ki, bununla bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Aygün xanımın meneceri bildirib ki, yayılan xəbərlər əsassızdır və müğənninin səhhəti yaxşıdır:

"Bu nə xəbərlərdir yayılıb? Yalan xəbərlərə inanmayın və yaymayın. Aygün xanım xərçəng xəstəliyindən 5 aydır ki, sağalıb. Sənətinə davam etmək istəyir. Xəstəliyini yenidən yadına salmaq istəmir. Maraqlandığınız üçün sağ olun".

Xatırladaq ki, Aygün Bəylərin ağır dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir.