📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ayı, pələng, keçi… – Növbəti BRICS sammitinin “əsginası”nın dizaynı

2024-10-29 21:07:43

Ayı, pələng, keçi… – Növbəti BRICS sammitinin “əsginası”nın dizaynı

Gələn il Braziliyada keçiriləcək sammit üçün simvolik BRICS əsginası hazırlanacaq.

Hurriyyet.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, əsginasın maketini Rusiyanın “ARM-registr” şirkətinin baş direktoru və Kazanda başa çatan sammitdə nümayiş etdirilən oxşar əsginasın yaradıcısı Yevgeni Fyodorov təqdim ediblər.

Bildirilir ki, yeni əsginasın üzərindəki rəsmlərin mövzusu BRICS ölkələri ilə əlaqələndirilən heyvanlar olacaq.

“Rusiyanın ayısı var, müvafiq olaraq, kiminsə şiri, kiminsə keçisi var”, – deyə o bildirib.

“İkiyüzlük (nominaldakı – red.) əsginasın arxa tərəfində, əlbəttə ki, yeni üzvlər, müraciət edənlər də yer alacaqlar”, – deyə Fyodorov təfərrüatı bölüşüb.