AYNA-da departament direktoru təyin edildi
2026-03-11 14:54:29
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) yeni kadr təyinatı olub.
Hurriyyet.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Çinarə Fətəliyeva AYNA-nın İnsan resursları departamentinin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ç.Fətəliyeva yeni təyinatadək aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agro Dairy” şirkətində İnsan Resursları Əməliyyatları və Ekspertiza Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.