📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AYNA Ədalət Şükürovun tənqidinə rəy bildirdi

2024-10-10 12:19:08

AYNA Ədalət Şükürovun tənqidinə rəy bildirdi

Əməkdar artist Ədalət Şükürovun paytaxt yollarından və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazılığına qurumdan rəy bildirib.

Hurriyyet.az xəbər verir ki, agentlik müğənninin fikirlərini dinləməyə hazırdır.

“Necə ki, bu gün AYNA-nın Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik. Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı. Belə bir konteksdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik”./yenisanah.az/