📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AYNA-nın 1 milyon manatlıq tenderinin qalibi bu şirkət oldu

2024-02-08 20:21:44

AYNA-nın 1 milyon manatlıq tenderinin qalibi bu şirkət oldu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin "Yol nişanları, dirəkləri, sürət məhdudlaşdırıcı süni maneələr, məlumat lövhələri, tənzimləyici nəqliyyat güzgüləri"nin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

Tenderin qalibi "Yol Xətt" MMC olub. Tərəflər arasında 986.031,6 AZN-lik müqavilə imzalanması gözlənilir.

Bildirək ki, nizamnam kapitalı 200 AZN olan "Yol Xətt" MMC-nin qanuni təmsilçisi Zaur Həsənov Mail oğludur.

Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir.\\32gun.az