AYNA velosiped sürücülərinə müraciət etdi: Bu qaydalara riayət edin - FOTO
2024-10-15 15:27:54
AYNA mikromobillik iştirakçılarına müraciət edib. Avtosfer.az xəbər verir ki, mikromobillik vasitələrindən istifadə edərkən təhlükəsizliyinizi təmin etmək üçün velosiped sürücülərinə aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur.
- Dəbilqədən istifadə: Sizi risklərdən qoruyacaq
- Qaydalara diqqət: Yol nişanlarına və işıqforların tələbinə riayət edin.
- Sizi görsünlər: Gecə hərəkət edərkən işıqqaytarıcı geyimlər və reflektorlardan istifadə edin.
- Mobil cihazlardan çəkinin: Hərəkət zamanı telefonla oynamayın.
- Sürət həddi: Mikromobillik vasitənizlə sürət həddini aşmayın.
- Texniki baxış: Hərəkət vasitənizin texniki vəziyyətini müntəzəm yoxlayın.
Təhlükəsiz hərəkət, sağlam gələcək!

