📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ayselin partlayışda Merlini axtardığı həmin an - VİDEO

2022-04-07 12:53:00

Ayselin partlayışda Merlini axtardığı həmin an - VİDEO

Xəbər verdiyimiz kimi, aprelin 3-də "Location" klubda baş verən yanğında xəsarət alanlar arasında model Təranə Rzayeva da (Merlin) olub.

Hurriyyet.az xəbər verir ki, Merlin adı ilə tanınan model hazırda xəstəxanada müalicə alır. O, partlayış baş verən an lentə alınan görüntüləri yayımlayıb.

T.Rzayevanın paylaşımında bloger Aysel Şükürovanın qışqıraraq onu axtardığı əks olunub. "Sənin Merlin deyən, fəryad edən dilinə qurban. Hər qarşıma çıxdıqca ürəyim parçalanır. O hayda özünü düşünmür məni axtarır" deyə, model qeyd edib.

Qeyd edək ki, Ayselin keçmiş həyat yoldaşı Oqtay Əhmədov blogerin partlayışda xəsarət almadan çıxdığını, Merlini axtarmaq üçün yenidən içəri keçdiyi zaman bədəninin müəyyən hissəsinin yandığını açıqlamışdı.